Korrupsiyaya ilə mübarizə taktikası

“Hədiyyəni qəbul etmə,
o görəni kor, haqqı isə azdırır!”

                                                                 (Qədim aforizm)

Korrupsiyanın tarixi kökləri qədim dövrlərə, öz yerini müəyyən etmək üçün hədiyyələrin-bəxşişərin verilməsi adətinə təsadüf edir. Qiymətli hədiyyələri edənlər başqalarına münasibətdə daha üstün qılınır və təbii ki, hədiyyənin müqabilində xahişinin də yerinə yetirilməsi həllini tapır. Ona görə hələ ibtidaidən başcıya (bütpərəstlərə, kahinlərə) hədiyyənin verilməsi adət normasına çevrilmişdi.

Tarixdə korrupsiya ilə mübarizə aparan Şumer çarı (Laqasa şəhər dövlətinin çarı)  URUİNİMGİN bizim eradan əvvəl XXIV əsrin II yarısında bun ləğv edə-yəni ətrafında çalışanların ələ alınmasına mane ola bilməmişdi.Lakin mübarizə səngiməmiş,əksinə sərtləşmişdi. Korrupsiya haqda ilk traktat – “artxa-sastra” adı altında Kautilya təxəllüsü ilə dərc edilmişdir. Koutilya  Hindistanda bizim eradan əvvəl IX əsrdə Bharata nazirlərindən biri olması ehtimal edilir. Həmin əsərdə  Koutilya pessimist bir nəticəyə gəlmişdir: “Çarın əmlakı ola bilməzdi, olsa belə, o əmlaka baxan (və ya onu idarə edən) tərəfindən zərrə qədər mənimsənilməzdi.”

Tarixdə Misir fironlarının da bürokratik aparatları vasitəsilə qanunsuz varlanması, kəndlilərin sərvətini talamaq halları mövcud olmuşdur. Bu mənada “Ağa qarşısında əyil, səcdə et,  evin və özün salamat ol,əks halda məhv olarsan” aforizmi həmin dövrə aid idi. Hakimlərin pulla ələ alınması halları da baş verirdi.

Qədim Romada “X”-cədvəl qanunlarında ilk dəfə “corrumpere” sözünə rast gəlinir.“ məhkəmədə ifadəni dəyişmək”; “hakimləri almaq” olar ifadələri yer almağa başladı.

Nikkola Makiavelli əsərlərində korrupsiyanı vərəm xəstəliyinə bənzədir.Onu müalicə etmək çətindir-yazırdı. XVII əsrdən başlayaraq Qərbdə cəmiyyət korrupsiyaya qarşı çıxır.“Dövlət hakimiyyəti xalqın rifahına və iradəsinə uyğun xidmət etməlidir” şüarları səslənməyə başlayır.

1787-ci il ABŞ konstitutsiyasına görə rüşvət alma dövlət başcısını “impicment” qarşısında qoya bilər-müddəaları qeyd etdiyim müddəalara söykənirdi.

XX əsrin ortalarında artıq korrupsiya beynəlxalq problemə çevrilir.BMT 31dekabr 1995-ci ili korrupsiya ili, 9 dekabrı isə “korrupsiya ilə beynəlxalq mübarizə günü” adlandırdı.

Korrupsiya hüquq ədəbiyyatında aşağıdakı kimi formula edilirdi.“Dövlət strukturlarının iqtisadi sahədə cinayətkar aləmlə qovuşması,siyasi və ictimai xadimlərin, dövlət məmurlarının satılması,pulla ələ alınması,vəzifələ funksiyalarına xəyanəti,dövlət strukturlarının sarsılması,bürokratık halların çoxalması və s…”

Cinayət hüququnda korrupsiya müstəqil cinayət tərkibi kimi deyil, yığcam anlayışda  – bir sıra vəzifə cinayətləri məcmusunda ehtiva edilir. ( Rüşvətxorluğu, xidməti vəzifəsindən sui istifadə və s.) korrupsiya latın sözüdür: corruptio – ələ alınma, satılma, vəzifə xəyanəti  mənalarını verir.

Korrupsiyanın mürəkkəb quruluşa malik olması onunla əlaqədardır ki,o hüquqpozmaların müxtəlif növlərini (intizam məsuliyyətindən-tənbehindən, cinayət məsuliyyətinə qədər) əhatə etməklə siyasi və dövlət məmurlarının ələ alınıb nəfsinə satılmısı, şəxsi maraqlarını dövlət və ictimai maraqlardan üstün tutması, dövlətin idarəçilik prinsiplərinə xəyanət etməsi ilə yadda qalır.

Korrupsiya həmişə gizli və kölgə xarakteri daşıyır. Bu cinayət, siyasi idarəciliyin subyektləri, təsərrüfat və ictimai həyatın digər sahələrinin əsas fiqurları ilə əlbir olması nəticəsində meydana çıxır.  Lakin onu aşkar edib ləğv etmək çətin və uzun zaman tələb edir.

Korrupsiya dövlət və cəmiyyət üçün zərərli sosial hadisə olduğundan, qanunların gücünə, (işləməsinə) ədalətin bərqərar olmasına və qəbul edilən qərarların əhalinin iradəsinə söykənməsinə inamı azaldır. Bir çox ölkələrdə korrupsiya qaçılmaz hal, zərurət kimi qəbul edilir. Dövlət qulluqçuların və digər qurumlarda, dövlət qulluğunun xüsusi növündə çalışanların əmək haqqlarının azlığı onların rüşvətə təhrik olunmasına şərait yaradır.

Bəzi əcnəbi ölkələrin siyasi xadimlərinin mülahizələrinə görə korrupsiya patriotizmdən kənar,bir az da irəli getsək vətənpərvərliyə tamamilə yad bir haldır. Patriot dövlətin, vətənin marağını şəxsi- nəfsinin istəklərinə qurban verməməlidir. Rusiya Dövlət Dumasının “Vahid Rusiya”nın rəhbərliyində təmsil olunan Yevgeniy Fyodorov hesab edir ki, Dumaya seçkilər zamanı Qərbi və ABŞ –ı tənqid atəşinə tutan bəzi siyasilər əslində Rusiyada sabitliyi pozmağa şərait yaradan hərəkətlərilə qeyri – patriotizm nümayiş etdirirlər. Vətənini sevən, yad ölkənin şəbəkəsində qərar tutmamalı,  xalqın sərvətini onların əmanətlərində saxlamamalıdır. Qubernatorların əksəriyyətinin uşaqları xarici və yüksək ödənişli təhsil müəssisələrində oxuyurlar. Bu, necə ola bilər? – deyir. Axı, Qubernatorun əmək haqqı buna imkan vermir.Onun fikrinə görə bu gün Rusiyada yaşayan 20 min vətəndaş ABŞ Dövlət departamenti tərəfindən maliyələşdirilir.Qərbi və ABŞ-ı tənqid eləməklə həmin ölkələrin sivilizasiya sərvətindən bəhrələnir və  bahalı istirahət yerlərində dincəlirlər. Belə məmurlar sözdə Qərbə qarşı nifrət hissi yaratsalar da onlardan çox asılı olur, övladlarını da onlara etibar edirlər. Bu patriotizm deyil. Məs: Kirov vilayətinin qubernatoru Nikita Belıx öz 7 yaşlı oğlunu (Stepanı) İngiltərədə  təhsil almağa göndərir. O, bunu Rusiyada 7 yaşlı uşaqların gələcəyinə xidmət edən təhsil və tərbiyə ocaqlarının olmaması ilə əlaqələndirir, valideyinlərin isə uşaqla məşğul olmağa vaxtı və səbri yoxdur-qənaətinə gəlir. 7 yaşlı məktəbliyə İngiltərədə təhsilini başa çatdırmaq üçün ayda orta hesabla 25-30 funt sterlinq lazım gəlir.

Qubernatorlar bu pulu haradan qazanırlar? Vətənə məhəbbəti,sədaqəti olan məmur belə addım atmaz-deyə  partiya funksioneri kəskin iradını bildirir.

Bir hərbi ekspert də hesab edir ki, rus kəşfiyatçısının, siyasi dövlət xadiminin və dövlət qulluqcusunun uşağı xaricdə təhsil alırsa, hansı vətənpərvərlikdən söhbət gedə bilər?

Diğər məlumatlara görə hər il Rusiya Federasiyasından Qərb ölkələrinə iqdisadi cinayətkarlığa zəmin yaradan 300 mlrd valyuta qeyri –leqal xətlə daşınır və yuyulur. Bircə atom energetikası Naziri Yevgeniy Adamovun 2005-ci ildəki  səsli-küylü cinayət işini göstərmək kifayətdir. ABŞ-ın dəstəyi ilə Adamov İsvecrədə həbs edildi və sonda korrupsioner Rusiyaya ekstradisiya olundu. Faktiki olaraq Çernobıl AES-də baş verən katastrofik hadisəyə görə Amerika dövləti tərəfindən Atom stansiyasında bərpa işlərini aparmaq üçün ayrılan vəsaitin 9 milyon valyutası mənimsənilmişdi.Buna baxmayaraq Adamov hökümət səviyəsində himayə edildi.

Korrupsiya diskresion hakimiyyət səlahiyyətinə malik olan istənilən vəzifəli şəxsi “öz şəbəkəsinə” cəlb edə bilər. Məqsəd isə iqtisadi renta əldə etmək imkanını qazanmaqdır.

Makro iqtisadi və siyasi iqtisadi tədqiqatların nəticəsinə əsasən, korrupsiya istənilən sahədə yenidənqurmaya,iqtisadiyyatın inkişafına və artımına əngəl yaaradan ciddi faktordur.

Azərbaycan respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununda korrupsiyaya belə şərh verilir: Korrupsiya, vəzifəli şəxslərin öz statusundan,təmsil etdiyi orqanın statusundan,vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər,imtiyazlar və ya güzəştlər əldə etməsi… yolu ilə vəzifəli şəxslərin ələ alınmasıdır.

Biz yuxarıda qeyd etdik ki, korrupsiyanın tarixi kökü, müxtəlif dövrlərdə hədiyyələrin verilməsi (hədiyyələndirmə) adətindən irəli gəlir.  Qiymətli hədiyyə  hələ qədim zamanlarda da şəxsi digərlərindən fərqləndirib və bu onun xahişinin dolayısı yolla həlli demək idi.Ona görə də ibtidai icma quruluşunda qəbilə başcısına hədiyyə vermək normaya çevrilmişdi,amma dövlət və hüquq olmadığından məsuliyyət də yox idi.

Korrupsiya hallarını müxtəlif kriteriyalara görə təsnif etmək olar.Məs: subyektlərin qarşılıqlı tipinə görə (vətəndaşlarla kiçik qulluqçular, firma və məmurlar, siyasi rəhbərlikdə çalışanlarla sıravi üzvlər və s.); mənfəət tipinə görə (gəlirin əldə edilməsi və ya süni şəkildə azaldılması); istiqamətinə görə (daxili və xarici); subyektlərin qarşılıqlı fəaliyyət üsuluna mərkəzləşmə dərəcəsinə görə və s.

Tarixən korrupsiya qanuni fəaliyyətin həyata keçirilməsi nəticəsində qeyri-qanuni üstünlüklərin (gəlirlərin) əldə edilməsi kimi yozulmuşdur. Yəni rüşvət vermə və ya sələmçilik (müamiləçilik) hallarının baş verməsi korrupsiya əlamətlərindən sayılır.

Bəzi tədqiqatçılara görə lobbiçilik də korrupsiyanın tərkib hissəsini təşkil edir.Korrupsiyanın daha təhlükəli forması cinayət hüququ ilə tənzimlənən növləridir. Onlara israfçılıq (mənimsəmə) və rüşvət (alma, vermə) aiddir. İsrafçılıq ehtiyatların etibar edilmiş vəzifəli şəxslər tərəfindən şəxsi məqsədləri üçün mənimsənilməsində ifadə olunur.

Bu  növ adi oğurludan onunla fərqlənir ki, öncədən şəxs ona etibar edilmiş ehtiyatlar üzərində sərəncam vermək hüququna malik olur və bu imkanlardan öz şəxsi məqsədləri üçün istifadə edir. Rüşvəti isə korrupsiyanın ayrıca növü kimi qəbul etmək olar. Burada vəzifəli şəxsin hərəkətləri fiziki və ya hüquqi şəxsə hər hansı bir xidmətin göstərilməsi əvəzində sonuncudan mənfəət umur. Əksər hallarda rüşvət vermə hədə ilə, zorakılıqla pul almanı özündə ehtiva etmədiyindən, əsas faydanı (xeyri) rüşvət  verən görür.(yəni, istəyi hasil olur)  Seçicilərin  seçkilərdə səslərinin alınması cinayət sayılsa da bəzi mütəxəssislər bunu korrupsiyanın formasına yox, seçki kompaniyasının səhlənkar və vicdansızcasına aparılmasına aid edirlər.

Demokratik rejimli ölkələrdə korrupsiya halları geniş ictimaiyyətə aşkar olur,  (avtoritar ölkələrdə isə belə faktların ortaya çıxmasına imkan verilmir) ictimai nəzarət, KİV-lərin səyi nəticəsində qarısının alınmasına tədbirlər görülür, ictimai marağa, siyasi və iqtisadi kursa səmtlənən zərərin miqyası vaxtında alınır.

Mütəşəkkil,XX1 əsrdə transmilli cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya halları ilə mübarizə, vəzifəli şəxslərin etibar edilmiş səlahiyyətlərindən sui-istifadələrin qarşısının alınması sahəsində Korrupsiya ilə Mübarizə Baş İdarəsinin adıcıl, sistemli tədbirləri davam edir.

Ölkədə 9 ay ərzində  Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  İstintaq şöbəsində  322 cinayət işi araşdırılış, 251 subyekt  barəsində 138 cinayət işinin istintaqı yekunlaşıb məhkəməyə göndərilmişdir.

Həmin idarənin “qaynar  xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olmuş, 1978 müraciət təmin edilmiş, 21 müraciət üzrə  vəzifə cinayətlərinə görə cinayət işinə start verilib. Cari ilin 9 ayı ərzində 31 nəfər cinayət başında yaxalanıb və prosesual araşdırmalara  başlanılıb .

Korrupsiyanın digər növü məişət korrupsiyasıdır. Bu növ sıravi vətəndaşların vasitəçiliyindən və məmurların qarşılıqlı əlaqəsindən doğur.Mahiyyətinə görə nepotizmi – Roma papalarının gəlirli vəzifələri, mülkləri qohumlarına, dostlarına (kirvələrinə) verməsini (etibar etməsini) xatırladır.

İşgüzar korrupsiya–hakimiyyətlə (hakimiyyətdə çalışanlarla) biznesin çulğalaşması zamanı yaranır. Demokratik Rejimli ölkələrin konstitusiyasında dövlət qulluqçularının, millət vəkillərinin kommersiya (bizneslə) və sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir. Əksi baş verəndə korrupsiya faktor kimi qabarır.

 Sirr deyil ki,ölkəmizdə məmurların,millət vəkillərinin,hətta təhsil ocaqlarına rəhbərlik edənlərin böyük biznes şəbəkələri var.Biznes-kommersiya fəaliyyəti şəxsi maraqları ifadə etdiyindən vəzifə funk siyaları yaddan çıxır.Nəticədə kadr bankında inflyasiya başlayır.Sivil,ümumi dünyagörüşü olan,şəxsi keyfiyyətləri və vətənpərvərliyi diqqət çəkən gənclər qıtlığı yaranır. 

Ali hakimiyyət (elit) korrupsiyası – Bu növ korrupsiya siyasi rəhbərliyə və məhkəmə hakimiyyətinin yuxarı zvenalarına aid edilir.Hakimiyyətdə çalışan korrupsiya demokratik rejimli ölkələrin demək olar ki,əksəriyyətində mövcuddur. Hakimiyyətdəki müəyyən qrup məmurlar maraqlarına uyğun siyasət həyata keçirməklə, vicdansız davranışlara rəvac verməklə  seçicilərin maraqlarına zərər vurulur və.s.

Biz yuxarıda qeyd etdik ki, xarici korrupsiya daha çox yayılmış növdür. Burada vəzifəli şəxslə xüsusi şəxs arasında razılaşma əldə edilir. Lakin daxili korrupsiyanın birləşməsi ilə təşkilatın üzvləri arasında mütəşəkkil cinayətkarlığa imkan verilir.

Bixeviorizm elminə (davranışlar haqqında elm) istinadən deyə bilərik ki, insan hər hansı bir kollektivə qatılarkən həmin kollektivin mövcud davranışını qəbul edir. Əgər müəssisədaxili şərait (vəziyyət, mühit) və mədəniyyət rüşvətə münasibətdə müsbət aura yaradırsa, xidməti məsələlərin həllində məsuliyyətsizliyə yol verilirsə,haqsızlıqlara göz yumulursa, kollektivə yeni qəbul olunan şəxs də həmin davranışları bir norma kimi qəbul edəcək və özü də həmin yolla irəliləyəcək.(Başqası belə edirsə mən niyə etməyim?) Zənnimcə belə şəraitdə insan psixologiyasının predmetini həmişə şüur yox davranış təşkil edəcək.(Conn Yotson ABŞ)*

Yayınmaq və yaxud öz etirazını bildirmək prinsipiallığı şəxsdə qalır, kollektivdə baş verən hüquqpozmalara qarşı çıxa bilər,lakin həmin daxili siyasətin subyektinə çevrilməz.

Adətən hədə-qorxu gəlməklə tələb etmək diskresion hakimiyyətə(özünün mülahizələrinə uyğun qərar qəbul etmək hüququ) malik bu və ya diğər şəxsin müvafiq icazə və lisenziyaların almasına mane  olan məmurlar tərəfindən tətbiq edilir. Əğər məmura vergi və ya rüsumun məbləğini – həddini müəyyən etmək (qiymətləndirmək) səlahiyyəti verilibsə deməli,belə səlahiyyət hədə-qorxu yolu ilə tələb etməyə imkan verir.(?)

Dövllət qulluqcusunun tələbi ilə qarşılaşan xüsusi şəxs seçim önündə qalır:Ya rüşvət verməli,(ifşa olunmaq ehtimalı daha çox olduğu halda) ya da müvafiq orqana  şikayət etməlidir. Qərarın verilməsi şəxsin nə dərəcədə şikayətinə ədalətlə baxılmasına inamın olması və ya,dövlət qulluqçusunun vəzifələri barədə müəyyən səviyyədə məlumatlandırılması əhəmiyyət kəsb edir.

Lakin əksər hallarda “tələb” hər iki tərəfi qane etdikdə razılaşma alınır. Məs: rüşvət verməklə gömrük inspektoru importun-idxalın məbləğini azalda bilər.

Məhkəmə sistemində korrupsiya.

Aşağıda toxunduğum korrupsiya forması (və yaxud növü) ilk növbədə hakimlərə, müəyyən qədər də dövlət ittihamçılarına, inzibati hüquqpozmalara hüquqi  qiymət verən DİO, yanğına nəzarət, vergi, gömrük orqanlarının vəzifəli şəxslərinə aiddir.

Qüvvədə olan hüquq normalarının əksəriyyətində hakimlər üçün cəzanın yüngül və ya sərtliyini seçməyə – cəzanın hədəfə götürdüyü vəziyyəti dəyişməyə imkan verir. Bu məqamda hakimlərdə hüquqpozmanı törədən vətəndaşa təsir etmək vasitəsi yaranır. Aşağı cəza həddi ilə yuxarı hədd arasında nə qədər fərq varsa,o qədər də hüquqpozanın subyektindən şəxsi mənfəət əldə etmək (tələb etmək) şansı yaranır.Vətəndaş isə cəzanın sərtliyindən uzaqlaşmaq məqsədilə “tələbi” ödəməyə razılıq verir.

İnzibati Xətalara görə tənbehin tətbiq edilməsi haqda (cərimə və ya inzibati həbs) qeyd olunanları söyləmək mümkündür. Tənbeh növünün hədələdiyi vəziyyətin (vilka) dərəcəsinə görə hüququ pozan şəxs daha yüngül tənbeh növünə məruz qalmaq üçün rüşvət ödəməyə” hazırdır”.  

*  İnsan psixologiyasının predmetini şüur yox davranış təşkil edir.(Conn Yotson ABŞ)     

Burada cəmiyətin sezə bilmədiyi cəhətlər var. Ümumiyyətlə ədalət mühakiməsi yalnız məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilir.Lakin,icra hakimiyyəti orqanlarının bəzi səlahiyyətli nümayəndələrinə – vergi, gömrü,balıq müfəttişlərinə , qaz, su və enerji təchizatı ilə məşğul olan əməkdaşlara tənbeh etmək səlahiyyətlərinin verilməsi məhkəmə hakimiyyətinin səlahiyyətini qismən də olsa mənimsəmək deməkdir. Bu, korrupsiyanın şaxələrindəndir. İcra orqanlarına yalnız “xəbərdarlıq” etmək imkanını vermək olar. Digər hallar hakimlərə aid edilməlidir. Çünki məhkəmə prosesi aşkarlıq, çəkişmə və məhkəmə istintaqı prinsipləri əsasında həyata keçirildiyindən belə səlahiyyət başqalarına verilə bilməz.

İnzibati icraat zamanı isə əksər hallarda vətəndaş hakimiyyət nümayəndəsi ilə təkbətək qalır. Digər tərəfdən inzibati hüquqpozmalara görə tətbiq edilən cəzanın ən ağır həddi, cinayət hüququnun istənilən cəzasından yüksək ola bilməz.

“Vilkanın” qəribəliyi və anlaşlmazlığı ondan ibarətdir ki, müxtəlif məcəllələrdə hüquq pozmanın tərkibi təkrarlanır,eyni məsələni-vəziyyəti ifa edir. Xuliqanlıq, oğurluq, ictimai mənəviyyat əleyhinə olan,hətta korrupsiya cinayətləri həm inzibati tənbehə, həm də cinayət hüquqi xarakterli cəzaya məruz qala bilər. Bu,baş vermiş hüquq pozmaların tövsifi üçün qeyri-qanuni marağa imkanlar yaradır.Yəni daha yüngül,yaxud daha ağır maddənin tərkibini formalaşdırmağa prosesual şans verilir.  

Məsələn ali təhsil ocaqlarında müəllimlə tələbə arasında akademik borcların qiymətləndirilməsi pulla həll olunarsa aktiv rüşvətə görə cinayət məsuliyyəti yaranır. Lakin korrupsiya haqqında qanunun tələbinə görə hər hansı bir vəzifəli şəxs  aldığı hədiyyənin, məbləğin həddinə görə inzibati məsuliyyətə də cəlb oluna bilər.Anlaşılan deyil.Axı,korrupsiya cinayətlərinə görə inzibati məsuliyyət necə yarana bilər?Əgər vəzifəli şəxs nə etdiyini anlayıb,mahiyyətini dərk edir və nəticəsini də arzulayırsa hansı inzibati məsuliyyətdən danışmaq olar?

           Korrupsiyadan dəyən ziyan.       

Emprik məlumatlar korrupsiyanın vurduğu zərəri aşağıdakı kimi müəyyən etməyə imkan verir:

  1. Dövlət vəsaitlərinin, ehtiyatlarının və xərclərinin qeyri səmərəli bölgüsü;
  2. Büdcəyə gələn maliyə axınının ölkənin iqtisadiyyatına yönəlməsinin qeyri səmərəliliyi;
  3. Vergi orqanlarının verginin müəyyən hissəsini mənimsəməsi nəticəsində vergi itgisinin yaranması;
  4. Bütövlükdə dövlət aparatının qeyri səmərəli işləməsi, şəxsi maraqlara üstünlüyün verilməsi;
  5. Özəl  müəssisələri dilənçi vəziyyətinə salma, dağıtma;
  6. Peşəkar kadrların ölkəni tərk etməsi;
  7. İqtisadi inkişafın səngiməsi,yubadılması, istehsalata qoyulan investisiyaların azalması;
  8.  İctimai xidmət göstərmə keyfiyyətinin aşağı düşməsi;
  9. Beynəlxalq yardımın qeyri məqsədlərə sərf edilməsi və ya,məqsədəuyğun istifadə   olunmaması;
  10.  Fərdlərin öz vaxtlarından səmərəli istifadə edə bilməməsi,vaxtın mühüm hissəsi qeyri – məhsuldar rentanın axtarışına sərf olunması;
  11. Sosial bərabərsizliyin artması;
  12. Mütəşəkkil cinayətkarlığın güclənməsi –mütəşəkkil dəstələrin mafiyaya çevrilməsi;
  13. Siyasi hakimiyyətin legitimliyinə zərərin dəyməsi;
  14. İctimai əxlaqın,mənəviyyatın aşağı düşməsi və.s.

Bütün qeyd olunanlara istinad edərək belə qənaətə gəlmək olar ki, hakim elitanın idarəçilik siyasəti əsas hədəfdən uzaq düşür,korrupsiya üzərində nəzarət mexanizmi zəifləyir,faktları işıqlandıran azad mətbuata,ədalət mühakiməsinin müstəqilliyinə, hakimiyyətə iddialı olan rəqib komandaya və vətəndaş hüquqlarının məhdudladırılmasına doğru siyasi kurs götürülür.  

Bir qism  vətəndaşların nəzərinə (interaktiv sorğunun nəticəsinə) görə  bəzən adamın davranışı və xarici görünüşü kifayət edir ki, rüşvət almaq məqsədilə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən(onlar)saxlanılsın və.s.(“Transparanse international” hesabatı 2010-cu il.)

Korrupsiyanın ümumiyyətlə ləğv edilməsi mülahizələri xülyadır, ədəbiyyatda və menecmentdə ideal məmurun olması ilə bağlı heç bir şərh də yoxdur. Lakin çox ölkələr var ki,orada korrupsiyanın faizi aşagıdır: Sinqapur, Honkonq, Portuqalya, İsvec. Deməli korrupsiya ilə mübarizənin metodları var.Forma nöqteyi nəzərindən isə dövlət varsa korrupsiya və cinayətkarlıq da olacaq. Əksinə əgər korrupsiya hakimiyyətin budaqlarını artıq zəbt edibsə, radikal üsul kimi həmin orqanın buraxılması daha məqsədə uyğundur. Hər halda yeni tərkib üçün bu ibrət dərsi ola bilər.

Korrupsiyanın aşağı salınmasının digər üsulları da var:

  1. Qənaət belədir ki, qanunları sərtləşdirmək və onların icrasına nəzarəti gücləndirməklə  cəzalandırma riskini yüksəltmək .
  2. Vəzifəli şəxslər üçün elə bir iqtisadi mexanizm yaratmaq lazımdır ki, əmək haqlarının artırılmasına imkan verilsin. (Əlbətdə qanunların tələbi daxilində)
  3. Bazarın və rəqabətin rolunu artırmaq, (yersiz müdaxilələrə (vergi, gömrük, və s.)imkan verməmək). Bəzi dövlət orqanlarının eyni funksiyaları yerinə yetirməsi, yəni bir dövlət orqanının digər dövlət orqanının funksiyasını yerinə yetirilməsi nəticəsində haqsız rəqabətə imkan verilir.
  4. Vəzifəli şəxslərin daxildə qurumun fəaliyyətinə nəzarəti artırmağa imkan vermək və s. (daxili nəzarət). Hətta mütləq monarxiyalı dövlətlərdə belə nəzarət olub və monarxa sadiq adamları əla almaq mümkün olmamışdır.

Korrupsiyaya qarşı qəbul edilmiş beynəlxalq konvensiyalar isə xarici nəzarət mexanizmidir. Bura söz  azadlığı və KİV-lərə sərbəstliyin verilməsi daxildir. Bu mexanizm daha çox bazar iqtisadiyyatı və liberal demokratik ölkələr üçün xarakterikdir. Hüquqi dövlətlər, hakimiyyətin seçki hüququ əsasında formalaşdırılması,səmərəli hüquq sistemi,məhkəmələrin müstəqilliyi,hakimiyyətin bölgüsü Konstitutsiyaya uyğunlaşdırılan ölkələrdə korrupsiya hallarının şaxələnməsinə imkan verilmir. Bütün bu mexanizmlər və institutlar xarici nəzarətin həyata keçirilməsi üçün əhəmiyyət kəsb edir.

Bir sıra mütəxəssislər belə güman edirlər ki, seçkinin mojaritar sistem üzrə aparıldığı ölkələrdə korrupsiya daha az olur. Çünki bu sistemdə fərdi hesabatlar daha çox təmin edilir, lakin proposional sistemdə bu mümkün olmur, partiya siyahılarına daha çox diqqət – vaxt sərf edildiyindən namizədlərin hesabatlılığı unudulur. İctimai nəzarət, (vətəndaş nəzarəti) vətəndaşlara qanunların şərhini çatdırmaq, onların öz hüquq və azadlıqlarını bilməsi də (özünə inam yaradır) antikorrupsiya tədbirlərindəndir.

Daha çox öndə gedən Sinqapurİsveç dövlətidir. 1965-ci ildən müstəqilliyini əldə edən ölkə yüksək korrupsiyaya uğramış dövlətlər sırasında yırğalanırdı. Tədricən ali,etik standartların qorunması, bürokratçılığın ləğvi, məmurların davranışlarına nəzarət və.s səmərəsini verdi. Burada korrupsiya halları ilə müstəqil istintaq bürosu və vətəndaşların müraciətlərinin qəbulu,ədalətli araşdırılması, habelə dövlət məmurları tərəfindən ziyanın ödənilməsinə zəmin yaradıldı. Qanunvericilik sərtləşdirildi, məhkəmələrin müstəqilliyi artırıldı (yüksək əmək haqqı və imtiyazlarla təmin edildi.). Bu gün Sinqapur korrupsiyanın olmamasına görə dünyada lider dövlətlər sırasındadır.

İsveç də belə ölkələrdəndir. XIX əsrin ortalarına qədər burada korrupsiya çiçəklənmişdi. Sonralar modern islahatların gedişi, merkantilizmin (mənfəət və qəpik güdmə) aradan qaldırılması ətrafında ciddi işlər aparılırdı. Firmalara, ev təsərrüfatlarının sübyektlərinə subsidiyalar verilməklə, məhkəmə sisteminə inamın artırılması istiqamətində islahatlar səmərə verdi.İnzibati şəxslər üçün etik standartlar müəyyən edildi, vicdanlı davranış  (çinovniklər üçün) sosial norma kimi bürokratçılığı üstələdi və s. .

Bütün fikir və mülahizələrə söykənərək demək olar ki, istəsək – patriotizm, vətənə sədaqət nümayiş etdirsək, qürurumuzu, andımızı uca tutsaq, insanlara sevgi ilə yanaşsaq korrupsiyanın yolu bağlanacaq.    

“Polisə Dəstək”  İB-nin sədri
Şəmsəddin Əliyev

Hamısını Göstər

Related Articles

Back to top button