Korsikanın azadlığı uğrunda mübarizə aparan partiya dəstəyə görə Azərbaycana təşəkkür edib-VİDEO

Türkiyənin “Haber Global” televiziyası Fransanın müstəmləkəsi olan Korsika adasından reportaj hazırlayıb.

Polise.az  xəbər verir ki, reportajda xüsusilə Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə toxunulub.

Qeyd olunub ki, adada Fransa hakimiyyətinə qarşı narazılıq artır, əhali müstəqillik uğrunda ayağa qalxır: “Adada müstəqillik uğrunda mübarizə aparanların qəhrəmanı olan İvan Kolonnanın 2022-ci ildə həbsdə olarkən öldürülməsi ciddi narazılığa səbəb olmuşdu. Fransa Prezidenti Emmanuel Makron etirazları yatırtmaq məqsədilə muxtariyyət kartından istifadə etməyə çalışdı. Amma etirazçılar muxtariyyətin də kifayət etmədiyini bildirdi”.

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan Nazione Partiyasının üzvü Erik Simoni rəsmi Parisin muxtariyyət təklifinin onlar üçün kifayət etmədiyini söyləyib: “Fransa Korsikaya müstəqillik verməyəcək. Odur ki, biz tələb etdiklərimizdən çox uzağıq. Həqiqi siyasi həll üçün çalışmağa davam edəcəyik”.

E.Simoni söyləyib ki, İ.Kolonnanın ölümünün arxasında Fransa hökuməti dayana bilər: “Bu, Yelisey sarayının və ya ona bağlı güclərin Korsikaya qarşı ilk belə addımı deyil. Onlar xalqımızın mövcudluğunu tanımamaq üçün siyasi təzyiq də daxil olmaqla bütün vasitələrdən istifadə edirlər. Fransa Prezidenti Emmanuel Makron həm ölkəsinin, həm də Avropa İttifaqının ana prinsiplərinə zidd davranır. Makron başqa ölkələrə demokratiya dərsi verməyə çalışır. Amma Korsikanın öz taleyini həll etmək haqqını tanımır. Üstəlik, bu, Aİ-nin tanıdığı haqqdır. Makronun addımları totalitar yanaşmadır. Bunu qəbul edə bilmərik. Onun problemləri həll etmək üçün ortaya qoyduğu səylər fəlakətdir və nəyəsə töhfə vermir”.

Süjetdə qeyd olunub ki, partiyanın üzvlərindən olan Anto Simoni və Nikolas Pinzutti terrorçuluqda ittiham olunaraq Parisə aparılmışdı: “Onlar azadlıq uğrunda mübarizə aparsalar da, hər dəfə əngəllərlə qarşılaşırlar”.

E.Simoni, həmçinin mübarizələrinin davam edəcəyini bildirib: “Biz beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edirik. Səsimizin eşidilməsinə dəstək olan Azərbaycan kimi ölkələrə təşəkkür edirik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button