Kreml Azərbaycanla bağlı açıqlama verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, iki lider digər məsələləri də müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Kremlin sözçüsü Azərbaycan və Rusiya liderlərinin söhbətini vacib adlandırıb.

“Həqiqətən də Prezident Əliyev Prezident Putini ad günü münasibətilə telefonla təbrik edib. Digər məsələlər də müzakirə olunub. Bu, çox vacibdir”, – Peskov qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidentinin mətbuat xidməti liderlərin telefon danışığı barədə məlumat yaymışdı.

Putinlə Əliyev arasında bundan əvvəlki şəxsi telefon danışığı 2024-cü ilin dekabrında baş tutub. Söhbət Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulması ilə bağlı olub. Rusiya prezidenti daha sonra martın ortalarında azərbaycanlı həmkarı ilə telefonla danışıb. Söhbətdə Belarus və Tacikistan prezidentləri Aleksandr Lukaşenko və Emoməli Rəhmon da iştirak edib.

Rusiya və Azərbaycan liderləri sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüb. Putin bundan sonra keçirdiyi mətbuat konfransında qeyd edib ki, ayrıca danışıqlar aparılmasa da, Əliyevlə iki-üç kəlimə danışa bilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button