Kremldən “Ukrayna danışıqları” ilə bağlı yazıya sərt reaksiya

Kreml ABŞ-nin Ukrayna üzrə mümkün danışıqlar formatı ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edib.
Musavat.com xəbər verir ki, “The Wall Street Journal” nəşri Kremlin Stiv Uitkoffun ABŞ tərəfindən Ukrayna üzrə danışıqlar aparacaq şəxs kimi lobbiçilik etdiyini yazsa da, Rusiya tərəfi bu məlumatı saxta adlandırıb.
Nəşrin iddiasına görə, Moskva Uitkoffu daha çox biznes təcrübəsinə malik olması, siyasətdə az tanınması və fəaliyyətini hər zaman ABŞ xüsusi xidmət orqanları ilə koordinasiya etməməsi səbəbindən “uyğun fiqur” kimi qiymətləndirib. Musavat.com qeyd edir ki, məqalədə Kremlin bu faktorlara xüsusi önəm verdiyi vurğulanır.
Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyev isə sözügedən iddialara X (Twitter) sosial şəbəkəsində cavab verib. O, Kremlin Uitkoffun tək səyahətini heç vaxt xahiş etmədiyini bildirib.
“Rusiya heç vaxt Uitkoffdan tək səyahət etməyi xahiş etməyib. O, hər zaman ABŞ təhlükəsizlik xidməti və öz komandası ilə birlikdə olub. Nə kürü verilib, nə də hədiyyə”, – deyə Dmitriyev yazıb.
Musavat.com bildirir ki, Dmitriyev bu açıqlama ilə eyni zamanda Uitkoffa Moskvada kürü hədiyyə edilməsi barədə yayılan başqa bir informasiyanı da təkzib etmiş olub.
Polise.az



