Kristofer Kavoli: NATO Rusiya ilə müharibə istəmir

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələr Rusiya ilə müharibə vəziyyətində olduqlarına inanmır, hadisələrin belə inkişafını istəmir.

Polise.az  xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin komandanı, general Kristofer Kavoli deyib.

General bildirib ki, NATO müdafiə ittifaqı olduğu üçün onun məqsədi belə bir müharibənin qarşısını almaqdır.

“NATO ölkələri bizim Rusiya ilə müharibə etdiyimizə inanmırlar. Və biz bunu istəmirik”.

Komandan hesab edir ki, NATO ölkələri Ukraynaya məhz çəkindirmə tədbirlərini həyata keçirmək üçün dəstək verir.

“Ancaq alyans səviyyəsində biz münaqişə tərəfi kimi görünə biləcəyimiz mövqe tutmamağa qərar verdik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button