KTMT-nin Baş katibi: İrəvanın üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama yoxdur

Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinin işində iştirak etmir, lakin Ermənistanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama verilməyib.

Polise.az  xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanğali Tasmağambetov deyib.

“İrəvan həqiqətən də bu yaxınlarda KTMT Katibliyinin işində iştirak etməyib. Bu, Ermənistanın hazırkı mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Bununla belə, təşkilatın fəaliyyəti tam şəkildə davam edir, bütün prosedurlar KTMT-nin normativ bazasına uyğun şəkildə həyata keçirilir. Ermənistan Respublikası rəsmilərinin bəyanatlarına gəlincə, qeyd edirəm ki, İrəvandan Katibliyə təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb”, – o söyləyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button