Kuba Prezidenti ABŞ ilə dialoqa hazır olduğunu bildirib

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Konqresinin üzvləri ilə görüşdüyünü və onlara ABŞ hökumətinin adanı blokadaya alması nəticəsində dəyən ziyan barədə məlumat verdiyini açıqlayıb.

Polise.az Teleqrafa istinadən  xəbər verir ki, Dias-Kanel həmçinin Havananın Vaşinqtonla ciddi dialoqa hazır olduğunu təsdiqləyib.

“ABŞ konqresmenləri Pramila Jayapal və Conatan Caksonu qəbul edərkən onları iqtisadi blokadanın vurduğu ziyan, xüsusən də hazırkı ABŞ administrasiyası tərəfindən tətbiq edilən enerji embarqosunun nəticələri barədə məlumatlandırdım. Hökumətimizin Vaşinqtonla ciddi və məsuliyyətli ikitərəfli dialoqa və mövcud fikir ayrılıqlarının həlli axtarışına hazır olduğunu bir daha təsdiqlədim” – Diaz-Canel X-də yazıb.

Qeyd edək ki, yanvarın sonlarında Tramp administrasiyası Kubaya yanacaq tədarükünün tamamilə blokadaya alınması barədə sərəncam imzalayıb. Ölkədə vəziyyət, xüsusən də enerji sektorunda durum kəskin şəkildə pisləşib. Karib respublikasında ciddi benzin və dizel çatışmazlığı yaşanır, elektrik kəsintiləri 10 saatdan çox davam edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button