Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən  birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 22.206 qram narkotik vasitə olan, tiryək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən  4 ədəd bağlamada, ümumi çəkisi 9 kq 40 qram, narkotik vasitə olan, tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertiziyaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button