Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 min 616 ədəd narkotik tərkibli həbin (13 min 16 ədəd Pregabalin-150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button