Kür çayında batan 13 yaşlı qızın meyiti tapılıb

Bir neçə gün əvvəl Kür çayında batdığı ehtimal edilən Zərdabın Əlvənd kənd sakini 13 yaşlı qızın meyiti tapılıb.

AZƏRTAC xəbər verir ki, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan tapılaraq çıxardılıb.

Xatırladaq ki, dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal edilirdi. Azyaşlının atasının sözlərinə görə, səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button