Kürdəmirdə axşam saatlarında yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Kürdəmir rayonu Mürtülü kənd Azad Balayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs axşam saatlarında karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən özünütəcrid qaydalarını pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Balayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Kürdəmir RPŞ-də araşdırmalar aparılır.



