Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ümüd Bəşirov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərindən satış məqsədi qablaşdırılmış psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button