Kürdəmirin yeni icra başçısı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Moderator.az-ın məlumatına görə, Həsənli Elşən Nazim oğlu  1986-cı ildə  Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik   Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button