Lənkəran Dövlət Dram Teatrı paytaxta gəlir

Lənkəran Dövlət Dram Teatrı Bakı tamaşaçılarının görüşünə gəlir.

Kulis.az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrı oktyabr ayının 29-u və 30-u Bakıda qastrol səfərində olacaq.

Oktyabrın 29-u Cavid Zeynallının pyesi əsasında Anar Babalının hazırladığı “Tanrı quşu gəlmədi” tamaşasının premeyrası keçiriləcək, oktyabrın 30-u isə Kamal Abdullanın “Casus” pyesi əsasında Anar Babalının hazırladığı eyniadlı tamaşa tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, nümayişlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button