Lənkəran rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.

Rayon prokurorluğundan Polise.az -a verilən məlumata görə, araşdırmalar nəticəsində 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button