Lənkəran sakinlərindən qanunsuz saxlanılan “Kalaşnikov” avtomatları və ov silahları götürülüb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəvan Rzayev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan  Polise.az-a  verilən məlumata görə, baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanıb.

Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.

Polise.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button