Lənkəranda döyülən 16 yaşlı yeniyetmə xəstəxanada vəfat etdi

Lənkəranda döyülmə faktı ilə xəstəxanaya yerləşdirilən 16 yaşlı yeniyetmə orada vəfat edib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verib.

Üç gün əvvəl Kərgəlan kənd sakini, 16 yaşlı E.İbadov tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.

Yeniyetmə təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən E.İbadov süni tənəffüs aparatına qoşulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə reanimasiya şöbəsində dünyasını dəyişib.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button