Lənkəranda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini N.Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.