Lənkəranda market, mağaza və ictimai nəqliyyatda reydlər təşkil edilib
Lənkəranda market, mağaza və ictimai nəqliyyatda reydlər təşkil edilib. Karantin qaydalarından irəli gələn tələblərin icrası yoxlanılıb.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, o cümlədən ictimai nəqliyyatda bəzi vətəndaşların karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb. Bir daha diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.