Lənkəranda narkotiklə tutulanların oğurluqları da üzə çıxı
Narkotiklə tutulanların oğurluq əməlləri də üzə çıxıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının nakotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəində 11 nəfər rayon sakini saxlanılıb. Onlardan bir neçəsinin oğurluq əməlinin də üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İmran Kərimov, Murad Əlizadə, Əmrah Rəhimov, Sarxan Qubadov, Rəfi Rəhimov, Elvar Cəfərov, Nail Cəfərov, Elxan Nəcəfov, Rasif Əliyev, Elçin Nəzərov və İlqar Rəhimov saxlanılıblar. Onların üzərindən satış üçün hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxslərdən biri – Əmrah Rəhimovun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Lənkəran rayonun sakini Məqsəd Beyçayevlə birlikdə 3 ev və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslərdən Nail Cəfərov və İlqar Rəhimovun isə ayrı-ayrılıqda müxtəlif ünvanlardan məişət və təmir tikinti avadanlıqları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.