Lənkəranda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 ünvandan oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran rayonunun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və oğurlanmış zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb. Salxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button