Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram VİDEO

Respublikanın hər yerində olduğu kimi, Laçın rayonunda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün saat 12:00-da sükut zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib, dövlət bayraqları yarıyadək endirilib.

Azərbaycan xalqının başına gətirilən bu faciə hər kəs tərəfindən dərin ehtiramla yad edilib. Anım mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Laçında fəaliyyət göstərən qurumların nümayəndələri və sakinlər iştirak ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button