Las Veqasda Tramp Hotelin qarşısında avtomobil partladılıb
ABŞ-da Las Veqas şəhərində Tramp Beynəlxalq Hoteli qarşısında “Tesla” markasının “Cybertruck” (Saybertrak) modelli avtomobil partlayıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər sürücü ölüb, 7 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisəni növbəti terror akti ehtimalı kimi nəzərdən keçirir. Hadisənin Yeni Orleandakı terror aktı ilə bağlılığı araşdırılır.
“Tesla”nın sahibi İlon Mask şirkətin məsələni araşdırdığını bildirib. Onun sözlərinə görə, partlayış icarəyə götürülmüş avtomobildə daşınan bomba nəticəsində baş verib və avtomobillə əlaqəsi yoxdur.
Polise.az