Lavrov Avropa Komissiyasının sədrini “fürer” adlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Leyeni “Avropanı hərbiləşdirmə üçün səfərbər edən fürer Ursula” adlandırıb.
Teleqraf xəbər verir ki, o, komissiya rəhbərinin Avropa İttifaqının müdafiəsi üçün 800 milyard avronun ayrılması ilə bağlı təklifini tənqid edib.
“Fürer Ursula hamını Avropanın yenidən hərbiləşdirilməsi üçün səfərbər edir”, – Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin qeyd edib ki, Avropanın hərbiləşdirilməsi üçün inanılmaz bir məbləğ (800 milyard avro) ayırmağı planlaşdırırlar:
“Çoxları hesab edir ki, bu, ctimaiyyəti COVID-19 pandemiyası ilə mübarizə və Ukraynaya yardım göstərmək üçün lazımi audit olmadan xərclənən onlarla və yüzlərlə milyard avrodan yayındırmaq üçün bir hiylədir. Hazırda bütün bunlar müzakirə olunur”.
Polise.az