Lavrov: Bakı təklifimizi rədd etdi

“Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov müsabiqəyə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

“Ermənistan hələlik iştirakını təsdiqləməyib, Azərbaycan isə ilkin təklifi rədd edib”, – nazir bildirib.

Lavrov əlavə edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.

Xatırladaq ki, “İnterviziya” Rusiyanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə alternativ olaraq keçirdiyi müsabiqədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button