Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı ilə Qarabağı müzakirə edib

İyunun 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkədə işgüzar səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsi də müzakirə olunub.   

Bununla yanaşı, tərəflər arasında suriyalı qaçqınların öz vətəninə qayıtması ilə bağlı mövcud problemlər, həmçinin Ukraynadakı münaqişə zonalarından qaçqın düşmüş şəxslərin gələcək taleyi barəsində də fikir mübadiləsi aparılıb.

Hamısını Göstər

Related Articles

Back to top button