Lavrov: “Nüvə müharibəsi təhlükəsi ciddi və realdır”
Nüvə müharibəsi riskləri indi çox ciddidir. Bu təhlükəni qiymətləndirməmək olmaz. Lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur.
Bunu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci Kanal”ın efirində bildirib.
O xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər.
“Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanaraq çıxış edirik. Mən indi, sizin hörmətli politoloqlara istinad edərək dediyiniz kimi, risklərin həqiqətən çox, çox əhəmiyyətli olduğu bi zamanda, həmin bu risklərin süni şəkildə şişirdilməsini heç istəməzdim. Halbuki, bunu istəyənlərin sayı çoxdur. Buna baxmayaraq, təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”, – deyə nazir bəyan edib.