Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.
“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, – deyə M.Zaxarova bildirib.
Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.