Litva parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul etdi
Litva seymində Gürcüstan əleyhinə qətnamə qəbul olunub.
Teleqraf.com xəbər verir ki, sənəddə Avropa İttifaqı və onun üzvlərinə Gürcüstanın vəzifəli şəxsləri və siyasi liderlərinə qarşı fərdi sanksiyaların tətbiqinə çağırış edilib.
Qətnamədə Aİ-yə azad və ədalətli parlament seçkiləri keçirilməyənə qədər Gürcüstan prezidenti Salome Zurabişvilini dəstəkləmək çağırışı də yer alıb.
Sənəddə qeyd olunub ki, oktyabrda Gürcüstanda baş tutmuş parlament seçkiləri demokratiyanın beynəlxalq normalarına uyğun gəlmir.
Qətnaməni seymin 109 üzvü dəstəkləyib, biri əleyhinə səs verib. Bitərəf qalan olmayıb.
Qeyd edək ki, dekabrın 2-də Litva Gürcüstan hakimiyyətinin 11 nümayəndəsinə sanksiya tətbiq edib. Həmin şəxslərin Litvaya girişi qadağan edilib.
Polise.az