Litva Ukraynaya hava hücumundan müdafiə mütəxəssisləri göndərəcək
Litva Ukraynaya hava hücumundan müdafiə mütəxəssislərindən ibarət hərbi qrup göndərəcək.
Bu barədə Baltikyanı ölkə ordusunun komandanlığı məlumat yayıb.
Bazar günü Ukrayna Litvadan “Stinger” zenit raket kompleksi alıb.
Göndərilən raketlərin sayı dəqiqləşdirilməyib.



