Litva Zurabişviliyə siyasi sığınacaq verməyə hazırlığını bildirib

Litva ehtiyac olacağı təqdirdə Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nausedanın məsləhətçisi Asta Skaysgirite bildirib.

Onun sözlərinə görə, S.Zurabişvili çox aydın şəkildə xalqı ilə bir yerdə Tbilisidə qalacağını bildirib.

Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. O, qanuni parlament olmayana qədər prezident qalacağını və siyasi proseslərə rəhbərlik edəcəyini qeyd edib. Gürcüstanda yeni prezident dekabrın 14-də seçilməlidir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button