Livan hökuməti istefaya getdi, prezident qəbul etdi

Livan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında ​​deyilir.

Lakin, istefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.

Tərəflər görüş zamanı Beyrut dəniz limanında partlayışdan sonra Livandakı son hadisələri müzakirə ediblər. Dövlət başçısı istefada olan hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.

19:21

Livanın baş naziri Həsən Diabın bu gün saat 19.30-da xalqa müraciətində istefasını elan etməsi gözlənilir.

“An-Nahar”a istinadən xəbər verilir ki, Nazirlər Kabinetinin bugünkü iclasından sonra səhiyyə naziri Həməd Həsən hökumətin istefa verəcəyini bildirib.

İqtidara gəldiyi yanvar ayından etibarən daxili ixtilaf və qarşıdurmalardan qurtula bilməyən hazırkı hökumətin beş üzvü ötən həftə və bu gün istefa vermişdi. O cümlədən çərşənbə axşamı Beyrut limanında baş verən və azı 200 nəfərdən çox adamın ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra ədliyyə naziri Mar-Clod Nəcm, ətraf mühit naziri Demianos Qəttər, informasiya naziri Mənəl Əbdül Səməd, maliyyə naziri Ğazi Vəzni, partlayışdan bir gün əvvəl də xarici işlər naziri Nəsif Hitti istefa veriblər.

Üstəlik, ötən şənbə günü parlamentin bəzi üzvləri də mandatdan imtina edərək erkən seçkilərin keçirilməsinə çağırıblar.

Hamısını Göstər

Related Articles

Back to top button
Close