Londonda Zəfər Günü təntənəsi: “Qarabağ“ məktəbinin “Can Azərbaycan“ klipi təqdim edilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Qarabağ” məktəbinin və Azərbaycanın Londondakı səfirliyinin birgə təşkilatçılığı ilə Zəfər Günü bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Polise.az  xəbər verir ki, tədbir Azərbaycan Himninin bütün qonaqlar tərəfindən birgə ifa olunması ilə başlayıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova zəfərə gedən yolun məşəqqətli olmasından, amma xalqımızın bu yolu uğurla başa çatdırmasından söz açıb. Çıxışların ardından həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Qarabağ” məktəbinin üzvləri, xüsusilə uşaqların ifasında çoxsaylı milli mahnılar səsləndirilib. Sonda məktəb üzvlərinin ərsəyə gətirdiyi “Can Azərbaycan” klipinin nümayişi baş tutub.

Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycanın şanlı Zəfər tarixindən bəhs edib, bu tarixin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində baş tutduğunu bildirib. O deyib ki, bu gün müstəqil Azərbaycanı sabitlik diyarına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti ətrafında bir yumruq kimi birləşməsi olmuşdur. Səfir bu Zəfərin müəllifinin Azərbaycan xalqı olduğunu vurğulayıb və bu müvəffəqiyyətin gələcək uğurlarımızın təməlini qoyduğunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra Böyük Britaniyada yaşayan azərbaycanlı Emiliya Cəbrayılovanın müəllifi olduğu “Bülbül” adlı kitabın təqdimatı baş tutub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button