“Lotu Quli” niyə və necə öldürülüb? — Mətbuatda gedən məlumatlar yalan imiş – SENSASSİYA
Qanuni Oğru Lotu Qulinin qanlı qətlinin əsl səbəbləri heç də kriminal “razborka” deyil, dəhşətli həqiqətlər daha dərindədir.
Sfera.az xəbər verir ki, ANS ÇM bu qətl hadisəsi və ümumiyyətlə, “qanuni oğruluq” mövzusunda bilmədiyimiz və ən maraqlı mətləblərə aydınlıq gətirib.
Şahid Qurbanov (1967, Masallı) – İllərlə zonda məhbus kimi yatan, Lotu Hikmət, Cavanşir, Rövşən Lənkəranskiy və Lotu Quli kimi kriminal avtoritetləri şəxsən tanıyıb. Zonda oturan məhbuslara SAY (Sosial Adaptasiyaya Yardım) İctimai Birliyinin sədri kimi daim dəstək yetirir, ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ləqəbi: “Peşkom”.
Eynulla Fətullayev (1976, Bakı) – 4 il məhbus həyatı yaşayıb, Lotu Quli ilə dostl olub, bundan əlavə araşdırıcı jurnalist olaraq Mamed Masalinski, Saşa Kuşner və digər kriminal patronlarla tanışlığı olub.