“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı

Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir (“Suxumski”).

Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın  “Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.

Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Lotu Quli”) ilə bərabər nüfuza malik biridir.

Hamısını Göstər

Related Articles

Back to top button