Lukaşenko: “Belarus Rusiya ilə vahid hərbi bazaya çevrilə bilər”
Belarus Prezidenti Aleksandr Lukaşenko lazım gələrsə, respublikanın Qərbin təcavüzünə müqavimət göstərmək üçün Rusiya Federasiyası ilə vahid hərbi bazaya çevriləcəyini deyib.
O, o CNN-ə müsahibəsində Belarus ərazisində hazırda hərbi obyektlərin olub-olmaması ilə bağlı sualı da cavablandırıb:
“Rusiya da daxil olmaqla, hər hansı bir dövlətin bir dənə də olsun bazası yoxdur, ikisindən başqa, demək olar ki, bunlar mülki təyinat üçündür.
Bu, sizin ərazinizdən nüvə raketlərinin atılmasını erkən aşkar etmək üçün Sovet dövründən qalma bir bazadır. İkinci baza isə Rusiya silahlı qüvvələrinin Atlantikada donanması ilə əlaqə qurduğu kommunikasiyalardır. Hamısı bundan ibarətdir. Orada yəqin ki, 30-40 nəfər bizimkilər xidmət edirlər. Orada rusların iki-üç zabiti var, qalanları isə bizim hərbçilərimizdir. Burada başqa heç bir baza yoxdur”.