Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı
Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın Belostok və Litvanın paytaxtı Vilnüs şəhərlərinin Belarus torpağı olduğunu bəyan edib.
Bu barədə o, Xalq Həmrəyliyi Gününə həsr olunmuş forum zamanı bildirib.
“Biz heç onlara xatırlatmırıq ki, Belostok və Belostoççina, Vilno (Vilnüs – red.) və ətraf ərazilər Belarus torpağıdır. Biz heç bu barədə danışmırıq”, – deyə dövlət başçısı qeyd edib.