Lukaşenko Putinlə razılaşdı: İlk müraciətdə Rusiya bu ölkəyə girəcək
“İlk müraciətdə Rusiya Belarusda təhlükəsizliyin təmini üçün kömək edəcək”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəldidiyi deyib: “Bu gün Rusiya Prezidenti Putinlə uzun söhbətimiz oldu. Vəziyyəti müzakirə etdik. Razılaqdıq ki, bizim ilk müraciətimizdə təhlükəsizliyin təmini üçün hərtərəfli kömək göstəriləcək”.
Lukaşenko bildirib ki, indi aksiyaya çıxan zavod işçilərinə daha sora zavodlarda iş olmayacaq: “Əgər işçi işini unudub harasa etiraza gedirsə, o, artıq işçi deyil. Bundan sonra onların yeri boş qalmayacaq”.