Lukaşenkonun iqamətgahının yaxınlığına on zirehli transpartyor gətirilib
Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahının yaxınlığında təxminən on zirehli transpartyor (ZTR) müşahidə edilib.
Bu barədə TASS xəbər yayıb.
Qeyd edilib ki, hazırda Minskdə minlərlə şəxs etiraz aksiyası keçirir. Etirazçılar prezidentin iqamətgahına doğru hərəkət edirlər.
Təzyiqli su vuranlar da daxil olmaqla xüsusi texnika şəhərin mərkəzinə gətirilib.
Qeyd edək ki, Belarusda keçirilmiş prezident seçkilərindən sonra nəticələrlə razılaşmayan geniş xalq kütləsi üç həftədən çoxdur ki, etiraz aksiyası keçirir.