Məhkəmə hərbi ekspert Ədalət Verdiyevə hökm oxuyub

Dövlət sirrini yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.

“Report”un xəbərinə görə, bu barədə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib .

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sınaq müddəti 1 il olacaq.

Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabrında saxlanılıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button