Keçmiş senatorun 58 yaşlı erməni xanımı Nyu-Yorkda həbs edildi

ABŞ-nin Nyu-York ştat məhkəməsi keçmiş senatoru Robert Menendesin erməni əsilli həyat yoldaşı 58 yaşlı erməni Nadin Menendesi (Arslanyan) bütün 15 maddə üzrə təqsirli bilib.

Teleqraf xəbər verir ki, ittihamlara rüşvət və istintaqa mane olmaq daxildir.

Hökm korrupsiya işinin istintaqı çərçivəsində çıxarılıb.

Nadin Menendes əri ilə birlikdə 2023-cü ilin sentyabrında ittiham olunsa da, məhkəməsi səhhətindəki problemlərə görə təxirə salınmışdı.

Məhkəmə zamanı prokurorlar Nadinin həyat yoldaşının korrupsiya sxemində əsas rol oynadığına dair sübutlar təqdim ediblər. Prokurorlar Nadinin Menendesi Misir və Qətər hökumətlərinə rüşvət verən iş adamları ilə bağlayan aralıq rolunu oynadığını bildiriblər. Bunun müqabilində siyasətçi Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi nüfuzlu vəzifəsindən istifadə edərək, Misirə 300 milyon dollarlıq hərbi yardımın dondurulması üçün lobbiçilik edib.

Xatırladaq ki, Robert Menendes 2024-cü ilin iyulunda təqsirli bilinib və 11 il həbs cəzası alıb. Nadini də uzunmüddətli həbs cəzası gözləyir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button