”Mənə ,xalq nəzarət edir, Zərifə!”

Məmurlara xitabən:
Heydər Əliyev məsuliyyət hissi ilə bağlı deyirdi: “Mən birinci katib işləyəndə hər gün eyni vaxtda işdə olurdum, buna görə də evdən çıxmaq vaxtım dəqiq və dəyişməz idi. Bir dəfə Zərifə xanımın söhbətini yarımçıq qoyub maşına sarı gedəndə, o gileyləndi: “Axı, respublikanın birinci katibisiniz və heç kim sizə nəzarət etmir, işə azacıq geciksəniz, nə olar ki?” Mən dedim:
“Zərifə, mənə bir nəfər yox, bütün xalq nəzarət edir. Əgər işə beşcə dəqiqə geciksəm, o birilər, on beş dəqiqə, daha artıq gecikərlər”.

A.İvanov : Heydər Əliyev birinci müavin kimi ikinci mərtəbədə 57 saylı kabinetdə otururdu. Bu kabinet bir vaxt Molotova məxsus olmuşdu. Kabinetin üstündə 3-cü mərtəbədə isə Leninin mənzili olmuşdu, sonra ev muzeyə çevrilmişdi. Heydər Əliyev gələnə qədər orda belə qayda var idi ki, sədr də, müavinlər də saat 10-dan sonra işə gəlirdilər. Sədr əvvəl Tixonov idi, sonra Rıjkov keçdi. Nahar vaxtı “yuxu saatı” adlanırdı, hər kabinetin yanında ayrıca istirahət otağı vardı. Axşam saat 5-6 olanda hamı işdən gedirdi. Yalnız Heydər Əliyev səhər saat 9-da artıq işdə olardı. O vaxt mərkəzi televiziyanın “Vremya” xəbərlər proqramı axşam saat 21-də başlayırdı və Heydər Əliyev xəbərlərə işdə baxırdı. Adətən evə 21:30-da gedirdi.
Bir dəfə belə axşam gedişlərinin birində qapıda duran mühafizə əməkdaşı hərbi salam verdikdən sonra gülümsəməyə başladı. Mən anladım ki, onun gülümsəməsi barədə mənə sual verəcək. Ona görə də ayaq saxladım. İndi xatırlamıram, mühafizə rəisi ya leytenant, ya da praporşik rütbəli bir cavan oğlan idi. Soruşdum: “Niyə gülümsəyirsən?” Dedi: “Aleksandr Alekseyeviç, Stalindən sonra Kremldən heç kim belə gec çıxmayıb”. Fikrim düz çıxdı. Maşına oturan kimi o mənə sual verdi: “Bu oğlan niyə gülümsəyir?”. Mən oğlanın sözlərini olduğu kimi çatdırdım. Bu, Heydər Əliyevin çox xoşuna gəldi və gülməyə başladı.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button