“Mən ancaq məni incidənləri incidirəm”- Tramp

Xəbər verildiyi kimi, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammiti maraqlı anlarla yadda qalıb.
Belə ki, sammit zamanı diqqətçəkən məqamlardan biri ABŞ Prezidenti Donald Tramp ilə Fransa Prezidenti Emmanuel Makron arasında yaşanıb.
İki lider kameralar qarşısında əl sıxaraq bir növ dostyana güc nümayişi sərgiləyiblər.
Mətbuat nümayəndələri həmin anları anbaan qeydə alıb, görüntülər isə qısa zamanda sosial mediada böyük maraq doğurub.
Britaniyanın “Daily Mail” nəşri iki lider arasında keçən dialoqu ictimaiyyətə açıqlayıb.
Məlum olub ki, Tramp Makronu “Mən ancaq məni incidənləri incidirəm” deyərək təhdid edib. Makron “Görəcəyik” cavabını verərkən, Tramp “Bir dəqiqədən sonra görüşərik” deyib.
Qeyd edək ki, Tramp və Makronun ictimai əlaqələri illərdir diqqəti cəlb edir. \“AzPolitika.info”\
Polise.az



