“Məni öldürmək istəyirlər”- İranın sabiq prezidentindən Şok iddia
“Məni öldürmək istəyirlər”.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ona qarşı sui-qəsd hazırlandığını iddia edib.
O, sui-qəsdin rejimə bağlı bir sıra qaranlıq qurumlar və təhlükəsizlik xidməti tərəfindən planlaşdırıldığı barədə məlumatlı olduğunu deyib.
“Məni öldürməyi planlaşdırırlar. Bəziləri mənim aradan götürülməyimi istəyirlər. Onlar elə bilirlər ki, bir nəfəri aradan götürməklə 85 milyon əhalini susdura biləcəklər”,- deyə Əhmədinejad bildirib.
Qeyd edək ki, Mahmud Əhmədinejadın dəfələrlə SEPAH, ETTELAAT və rejimin yüksək rütbəli məmurlarının cinayətləri ilə bağlı ifşaedici çıxışları İran mediasında və hakimiyyətdə çaxnaşmaya səbəb olub.
Əvvəllər ali rəhbər Əli Xamneyiyə toxunmasa da, son illər cinayət sisteminin başında onun durduğuna işarə edən çıxışları keçmiş prezidentə qarşı basqıların artmasına səbəb olub.