Mənzillərdən su sayğaclarını oğurlayan şəxs saxlanıldı
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda H.Z.Tağıyev qəsəbəsi ərazisində 10 mənzildən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün Həsənov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.



