Mərmərə dənizində zəlzələ baş verib

Mərmərə dənizində 4,1 bal gücündə zəlzələ olub.
Polise.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Bakı vaxtı ilə saat 00:53-də qeydə alınıb. Mərmərə dənizinin Çınarcık mahalı sahilindən 8,52 kilometr aralıda baş verən zəlzələnin 11,18 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Məlumata görə, zəlzələ İstanbul və ona yaxın ərazilərdə cüzi hiss olunub.
Polise.az



