Məsud Pezeşkian: İsrailin İrana hücumuna görə ABŞ məsuliyyət daşıyır

“İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-nin üzərinə düşür”.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“ ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır.

Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button