Məxfi planın detalları açıqlandı – Xamenei belə tələyə salınıb

Hazırda İrana qarşı davam edən hərbi əməliyyatın əsası İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında fevralın 23-də baş tutan məxfi danışıqlar zamanı qoyulub.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Axios” ABŞ hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiklərinə görə, Netanyahu fevralın 23-də Trampla telefon danışığı zamanı ona ayın 28-nə təyin edilmiş mühüm görüş barədə məlumat ötürüb. Həmin görüşdə İranın Ali rəhbəri Əli Xameneinin müşavirləri ilə bir araya gələcəyi bildirilib.
“Netanyahu bu fürsətdən istifadə edərək, İran rəhbərliyini bir zərbə ilə məhv etməyə çağırıb. Tramp İsrail kəşfiyyatının məlumatlarını yoxlamaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) tapşırıq verib və fevralın 26-da bu məlumatların doğruluğu təsdiqlənib. Əməliyyatın fevralın 27-də, yerli vaxtla saat 15:38-də başlanması barədə əmr verilib. Əməliyyatın daha tez keçirilməsi planlaşdırılsa da, əlverişsiz hava şəraiti buna mane olub”, – məlumatda qeyd edilib.
Qeyd olunur ki, Donald Tramp Əli Xameneidə şübhə yaratmamaq üçün əməliyyatdan əvvəlki bir neçə gündə öz çıxışlarında İrana fokuslanmayıb. Bu, İran liderinin planlarını dəyişməsi və təhlükəsiz yerə keçməsinin qarşısını almaq üçün atılan strateji addım olub.
Polise.az



