Məzahir Pənahov: “Azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib”

İşğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib.

Polise.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

“Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti-yenidənqurma işləri digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir”, – o söyləyib.

MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: “Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button