Macarıstan NATO-nun Ukraynadakı missiyalarında iştirak etməyəcək
Macarıstan NATO-nun Ukraynadakı missiyasında iştirak etməyəcək, lakin Alyansın digər ölkələrinin missiya yaratmasına mane olmayacaq.
Polise.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxış edərkən deyib.
“Biz əvvəlki kimi Ukraynaya silah tədarük etmirik, əgər NATO ərazisindən kənarda hər hansı əməliyyat olarsa, biz orada iştirak etməyəcəyik”, – hökumət başçısı qeyd edib.
Eyni zamanda, o bildirib ki, NATO rəhbərliyi Macarıstanın presedent yaratmasını və digər ölkələrin ondan nümunə götürməsini istəmir. Buna görə də, Budapeştdə danışıqlar çətin keçib.
“Nəhayət, razılığa gəldik və istədiyimizi aldıq, amma bunun müqabilində razılaşdım ki, NATO-nun Ukraynada missiyasını yaratmaq və Alyansın Vaşinqtonda keçiriləcək növbəti sammitində bunu etmək istəyənlərə mane olmayacağıq. Biz sadəcə olaraq, bundan uzaq duracağıq”, – hökumət başçısı vurğulayıb.
Polise.az